Azərbaycanda yeni taksi xidməti yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni taksi xidməti yaradılır

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində yeni taksi xidməti yaradılır.

Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib.

“Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə “Bakı Taksi Xidməti” MMC yaradılacaq. Həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Xidmət birbaşa dövlətin nəzarətində olacaq”, - deyə N. Həsənov qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır: “Yaxın zamanda xidmət dövlət qeydiyyatına alınacaq. Xidmət İlk Avropa Oyunlarına qədər fəaliyyətə başlayacaq. Hazırda xidmətin binasının tikintisi üzərində də iş aparılır”.

Bununla yanaşı, o deyib ki, yeni yaradılacaq MMC-nin balansına ilkin mərhələdə yeni gətirilmiş 500 ədəd “London taksisi” veriləcək.

“Yaradılacaq xidmətin qarşısında qoyulan vəzifələrdən biri sözün əsl mənasında müştərilərə yüksək səviyyədə xidmətlərin göstərilməsidir”, - deyə N. Həsənov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm