Azərbaycanda yeni məzar standartları yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni məzar standartları yaradılır

Qəbiristanlıqlar yaşayış yerlərindən ən azı 100 metr aralı olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Azərbaycanda qəbir və yas mərasimləri ilə bağlı məsələyə də toxunan M.Qurbanlı deyib ki, qəbir yerlərinin hazırlanması ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim edilib: "Bu sənəd ya qərar, ya da qanun olacaq. Yeni layihəyə əsasən, qəbir yeri hazırlanarkən başdaşı 50, sinəüstü daş isə 60 santimetr olacaq. Mərasimləri yalnız Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlər verdiyi şəxslər apara bilərlər. Digərlərinin isə bu mərasimləri aparması doğru deyil. Nə olsun ki, diplomu var?! Bilirsiz ki, idarədə mərasimləri aparacaq axundlar üçün kurslar təşkil olunur. Orada onlara tövsiyə olunur ki, yas mərasimlərində uzun-uzadı danışmaq olmaz. Bunu ona görə edirik ki, orada iştirak edən insanlar yorulmasın. Mən yas mərasimlərinin 7 gün davam etməsini doğru hesab etmirəm. Mərasimlər belə uzun müddət davam etdikdə, israfçılığa da yol verilir. Müsəlman üçün müqəddəs cənazə namazına qatılmaqdır. Yəni, cənazə namazında iştirak etdinsə, bu kifayətdir. Mərasimlərin 7 gün davam etməsi doğru deyil. Bütün bunlar sadələşdirilməlidir. Yeni çadır yerləri hazırlandıqdan sonra bu məsələlər də həllini tapacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm