Magistrlara şad xəbər – İşlə təmin olunacaqlar
Bizi izləyin

Qırmızı.az

Magistrlara şad xəbər – İşlə təmin olunacaqlar

“Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təhsil alan magistrlar akademiyada işlə təmin olunacaqlar.

Bu barədə Publika.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev məlumat verib.

Onun sözlərinə görə, digər təhsil ocaqlarında magistr təhsili alan tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmurlar. Amma Akademiyada magistraturanı bitirən hər bir magistr burada işləmək imkanı da qazanmış olur.

T. Hacıyev həmçinin bildirib ki, AMEA-nın magistraturasında təhsil alanlara təqaüd hər ay maaş kimi veriləcək və həm də yüksək olacaq.

Qeyd edək ki, AMEA-da bu il ilk dəfə olaraq magistratura pilləsi üzrə sənəd qəbulu aparılıb və 7 institutun bazasında 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək. Bu ixtisaslar dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası üzrə olacaq.

Növbəti il üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu elan olunarkən AMEA-nın da magistraturasına sənəd qəbulu aparılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm