Qırmızı.az
4 günlük uşaq həkim məsuliyyətsizliyinin qurbanı oldu
Respublika Perinatal Mərkəzində yeni dünyaya gəlmiş əkizlərdən biri baxımsızlıqdan dünyasını dəyişib.
Bununla bağlı Axar.az-a körpələrin atası Araz Hüseynov özü məlumat verib. Aprel ayının 13-ü xəstəxanaya yerləşdirilən ananın iki əkiz qızı dünyaya gəlib. Təbii yolla dünyaya gələn körpələrin doğuş həkimi ailəyə uşaqların səhhətinin normal olduğunu bildirib. Çəkiləri 1 kq 400 və 1 kq 600 olan körpələrin durumu dörd gün ərzində normal olsa da, dünən qəfildən birinin vəziyyəti pisləşib.
A.Hüseynov qeyd edib ki, bu gün körpələrin yanına getmək istəyən ananı otağa buraxmayıblar. Xəstəxananın uşaq həkimi olan Aygün xanım anaya uşaqlardan birinin göyərdiyini bildirib. Əlavə məlumat verməyən həkim, problemin hansı səbəbdən yarandığını deməyib. Olduqca sağlam şəkildə dünyaya gələn körpələrdən biri bu gün günorta saatlarında ölüb.
Atanın sözlərinə görə, uşaqlar dünyaya gəldiyi gün həkim onlara uşaqların tam sağlam çəkildə doğulduğunu bildirib. Dörd gün ərzində normal olan uşaqlardan birinin bu gün ölüm səbəbi ilə bağlı məlumat verilməyib. Təkcə Anaya uşaqlardan birinin göyərməsi və bu səbəbdən yanına buraxa bilməyəcəkləri bildirilib.
Körpəsini itirən ailə bununla əlaqədar lazımi qurumlara, Səhiyyə Nazirliyinə müraciət edəcəyini bildirdikdə isə, uşaq həkimi Aygün xanım ailəni təhdid edərək bildirib ki:
“Həkimə şikayət edəcəyimi bildirdim. Mənə hədə-qorxu gəlidi. Dedi, nəzərə alın ki, hələ sizin bir uşağınız da bizim əlimizdədir”.
Məsələ ilə əlaqədar xəstəxanadan problemin araşdırlılacağını bildiriblər. Körpənin ölüm səbəbini isə infeksiya ilə əlaqələndiriblər.
Qeyd edək ki, ana və uşaq ölümü Respublika Perinatal Mərkəzində ilk belə hal deyil. Sözügedən xəstəxanada dəfələrlə bu cür uşaq və ana ölümü qeydə alınıb.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB