Qırmızı.az
Ramiz Mirişli dünyasını dəyişdi
Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli
dünyasını dəyişib.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, tanınmış bəstəkar bu gün
dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə
xəstəxanada da dünyasını dəyişib.
Dünən tanınmış bəstəkarın 81 yaşı tamam olub.
Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi
Akademiyasında olacaq.
Qeyd edək ki, R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də
anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O,
1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə
Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq
artisti fəxri adını daşıyır.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların
müəllifi kimi tanınır.
O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!