Bakıda “Qarabağ tədqiqatları”
Bizi izləyin

Qırmızı.az

Bakıda “Qarabağ tədqiqatları”

Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Qarabağ tədqiqatları” konfransı keçiriləcək.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Qarabağ tədqiqatları” konfransı keçiriləcək. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlar, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il 8 may tarixindən təsis edərək keçirdiyi bir neçə “Şuşa qrantı” müsabiqəsi çərçivəsində yerinə yetirilmiş uğurlu elmi-tədqiqat layihələri üzrə alınmış nəticələr haqqında maraqlı elmi məruzələr dinləniləcək. Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında mövcud vәziyyәtin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edəcək.

Konfrans 2015-ci il 21 aprel tarixində ARPY Dövlət İdarəçilik Akademiyasının böyük zalında saat 10.00-da başlayacaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm