Qırmızı.az
BDU-da kəsiri olan tələbələr bağışlandı
BDU rəhbərliyi kəsiri olan tələbələr üçün yeni qərar
verib. Hafta.az xəbər verir ki, qərar barəsində universitetin
mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat yayıb.
Məlumatda bildirilir:
“Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə
və magistrantların biliyinin qiymətləndirilməsi haqqında
əsasnamənin tələbləri ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq
məktubunun icrası ilə bağlı rektorluğun genişləndirilmiş iclası
keçirilib.
İclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı
imtahanın nəticələrinə görə 17 və daha çox, semestr ərzində isə
imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal
toplayan tələbələrin müvəffəq qiymət almaları barədə göstəriş
verilib. Eyni zamanda, nəticələrin tələbələrin nəzərinə
çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş
verilib”.
Qeyd edək ki, universitet rəhbərliyinin bu qərarı nəticəsində kəsri
olan 3500-dən yuxarı tələbənin təxminən 3200-ü bağışlanılıb.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi