Qırmızı.az
“Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib
Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Xəzər Strateji İnstitutunun (HASEN) təşəbbüsü ilə “Qarabağda etnik təmizləmə və Xocalı soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”nı açan institutun Xarici Siyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisi Məsud Haqqı Caş Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusu hərbçilərinin köməyi ilə Xocalıda 613 nəfər dinc sakinin qətlə yetirildiyini bildirmişdir. Natiq Xocalı soyqırımını ermənilərin Azərbaycanda zaman-zaman həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı olduğunu diqqətə çatdırmışdır. O, Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını vurğulamışdır.
İpək Universitetinin insan və cəmiyyət elmləri fakültəsinin
dekanı Kamal Çiçək çar Rusiyasının XIX əsrdən başlayaraq həyata
keçirdiyi “Qafqaz siyasəti”ndə ermənilərin roluna toxunaraq Dağlıq
Qarabağda, o cümlədən Xocalıda törədilən faciələri əslində qeyd
olunan xəttin məntiqi nəticələrindən biri kimi xarakterizə
etmişdir.
“Dəyirmi masa”da çıxış edən Kadir Has Universitetinin beynəlxalq
əlaqələr bölməsinin rəhbəri Mitat Çelikpala Xocalı soyqırımının
daim gündəmdə saxlanmasının vacibliyini vurğulamışdır. O, Xocalıda
insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirərək bu
hadisələri bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət
adlandırmışdır.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO