Ermənilərin içində doğulan Xocalı sakini: “Allahdan xalqımıza səbr verməməsini diləyirəm”
Bizi izləyin

Qırmızı.az

Ermənilərin içində doğulan Xocalı sakini: “Allahdan xalqımıza səbr verməməsini diləyirəm”

N.Hüseynovun ailəsi Xocalıdan sağ-salamat çıxa bilən 7 ailədən biridir. Amma deyir, sağlamlıq sadəcə fizikidir, həmin gecə gördüklərindən sonra yaşamaq artıq bir əzabdır.

O, Əsgəran rayonunun Xanabad kəndində doğulub. Doğulduğu ərazidə əsasən, ermənilər yaşayıb. 20 yaşı olanda ailəsi ilə Xocalıya gəlib, 1992-ci il fevralın 26-da qədər orada yaşayıb. Özünü Xocalı sakini kimi təqdim edir. Milli qəhrəman Əlif Hacıyevlə birlikdə Xocalı aeroportunu qoruyanlardan biri olub. Müsahibimiz Nazim Hüseynov ermənilərə olan inam, etibarını məhv edən gün barədə xatirələrini bölüşür.

“Həmin vaxt rayonda bir çox ərzaq məhsulları da tükənmişdi. Xüsusən də, əsas qidalar olan un, çay yox idi. Qara çay yerinə otlar dəmləyib içirdik. Vəziyyət getdikcə ağırlaşırdı.

Fevralın 25-də Xocalıda qeyri-adi bir səssizlik var idi. Baxmayaraq ki, uzun müddətdir atışmasız bir gün belə keçirmirdik. Lakin günortadan sonra sükut pozuldu, sərhəddə texnikaların səsi hiss edilirdi. Həmin gün mən də postda idim, şəhərin mühasirəyə alındığını anlayırdıq. Milli qəhrəman Əlif Hacıyev Mərkəzi Komitəyə Ağdam, Şuşaya bu barədə informasiyalar ötürdü. Lakin səsimizə səs verən olmadı. Verilən sadəcə boş vədlər oldu. Artıq axşam saat doqquzun yarısında bütün sükutu artilleriyanın səsi pozdu. Ətrafı Ermənistan kəndləri ilə əhatə olunmuş Xocalının yeganə çıxış yolu hava nəqliyyatı da 1992-ci ilin yanvar ayında bağlanmışdı”.

Müsahibim deyir, insanlar da Xocalıya hücum olacağını bilirdi, lakin heç kim evini, yuvasını tərk etmirdi. İnsanlar həm də gələcək köməkdən əmin idilər, hətta qurban deyənlər də olmuşdu:“Xocalı hadisəsindən əvvəl onun ətrafındakı kəndlər boşaldılmışdı. Biz bilirdik ki, növbə bizimdir.Bu dəfə hədəfdə Xocalıdır. Lakin heç kim yurdunu əvvəldən tərk etmək istəmədi, bu heç ağlımıza belə gəlmirdi. Amma insanları çıxartmaq olardı. Biz də bunun üçün müvafiq qurumlara müraciət etdik, hətta insanlar qurban kəsməyə belə hazır idilər, onlar köməyin gələcəyinə, işğal olmayacağına inanırdılar. Ağdam istiqamətindən kömək vaxtında gəlsəydi Əsgəran istiqamətində əhalini çıxarmaq olardı ki, bu böyük faciə yaşanmazdı”.

N.Hüseynovun ailəsi Xocalıdan sağ-salamat çıxa bilən 7 ailədən biridir. Amma deyir, sağlamlıq sadəcə fizikidir, həmin gecə gördüklərindən sonra yaşamaq artıq bir əzabdır.

“1989-cu ildə Xocalıların ov tüfəngləri də əllərindən alınmışdı, qarşı tərəf isə ən müasir texnika ilə silahlanmış, xaricdə təlim görmüş hərbiçilər idi. Ona görə də, 366-cı alay qısa zamanda Xocalını od-alov içində qoydu. Insanlar o qədər çarəsiz idilər ki, mərmilərə tuş gəlməmək üçün bir daş-qayanın arxasına pənah gətirirdilər. Texnika isə heç nəyə fikir vermədən irəliləyirdi.

Deyilər ki, qiyamət günündə hər kəs öz hayına qalacaq, Xocalıda həmin gecə qiyamət günü yaşandı. Hər kəs bir yolla canını qurtarmağa çalışırdı.Insanlar canını qurtarmaq üçün Qarqar çayını keçib Kətik dağı istiqamətinə üz tutdular. İki-üç qruplar şəklində Əsgərən- Naxçıvanik istiqamətində irəliləməyə başladılar. Cəlladlardan qurtulmaq üçün Qara qaya istiqamətində qaçdılar. Həmin ərazidə isə hələ 1905-06-cı illərdə yenə də ermənilər tərəfindən nənə-babalarımızın başına olmazın müsibətləri açılmışdı. Tarix yenidən təkrarlandı, yenə də həmin ərazidə əliyalın əhalini acımasız şəkildə öldürdülər. Həmin günü xatırlamaq mənim üçün çox çətindir. Mən də o insanların içərisində idim, o həyəcanı, qorxunu, faciəni mən də onlarla birlikdə yaşadım. Yəqin ki, qismətimdə yaşamaq olduğuna görə sağ qaldım. Əhalinin əsas hissəsi məhz həmin ərazidə qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 150 nəfərin taleyi bu gün də bəlli deyil, 7 ailə isə sağ gəldi, onlardan biri də bizim ailə idi ki, bizdən sadəcə yaralanan oldu .Faciədən iki gün sonra meyitlərin çıxarılmasında dörd nəfərdən ibarət bir qrup göndərildi, mən də onların içində idim. 85 şəhidin çıxarılmasında iştirak etmişəm. Milli qəhrəmanlar Əlif Hacıyev, Aqil Quliyevin meyitlərini biz çıxardıq. Amma çıxara bilmədiyimiz meyitlər qaldı, onların sonrakı taleyi barədə məlumatım yoxdur, hələ də o meyitlər gözümün qarşısından getmir.

Əraziyə daxil olanda insanların başına gətirilənləri görəndə dəhşətə gəlməmək mümkün deyildi. Insan insana qarşı necə bu qədər qəddar ola bilər, anlaya bilmirdim. Körpələrin yollarının, ayaqlarının kəsilməsini,hamilə qadınların qarnının kəsilərək uşaqlarının çıxarılması, qoca kişilərin soyulmuş dərilərini soyulmasını gördüm, öldürmək azmış kimi, meyitlərin üzərində işgəncə vermələrinin şahidi oldum. Onların bəzisi mənim qonşularım idi. Bir qonşumun burnu, kəsilmiş, gözləri çıxarılmışdı, onun atasının dərisinin soyulmuşdu, kənd çobanının qollarını bağlayıb, diri-diri yandırmışdılar. İnsanlar elə bir hala salınmışdı ki, onu sözlə ifadə etmək olmur”.

Uzun illər ermənilərin içərisində yaşamış N.Hüseynov hər zaman onların humanistlikdən necə danışmaqlarının şahidi olduğunu deyir. Amma həmin gün bu danışılanların tam əksini, onların iç üzünü gördüyünü bildirir:

“Gördüklərim, yaşadıqlarım, ayağımdan boğazıma qədər qana batmağım yadımdan çıxmır. İlk dəfə tanışlarım, yaxınlarım, qonşularımı o halda görəndə təxminən yarım saat ağladım, nə etsəm də göz yaşların dayanmırdı. Amma oradan çıxandan sonra bir daha heç vaxt o cür ağlamamışam. Indi yalnız qəlbimdə gördüyüm o körpələrin, qadınların, qocaların qisasını almaq hissi var. Allahdan xalqımıza səbr verməməsini diləyirəm, qisasa qisasla yanaşmalıyıq. Xocalı xalqımızın altının qara ləkəsidir,.o insanların qanı yerdə qaldığı halda, həmin ləkə alnımızdan silinməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm