Bu gün Azərbaycana qar yağacaq - Havaq Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün Azərbaycana qar yağacaq - Havaq Haqqında

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.

Temperatur gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 6-10° şaxta, gündüz 0-2° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq. Dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var.

Temperaturun gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm