"Qriqoryan Ermənistanda azadlığa buraxılıb" - Rüstəm Usubov
Bizi izləyin

Qırmızı.az

"Qriqoryan Ermənistanda azadlığa buraxılıb" - Rüstəm Usubov

"Qriqoryan Ermənistanda azadlığa buraxılıb" - Rüstəm Usubov

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-ci ildönümünə həsr edilən "Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda "dəyirmi masa" keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov bildirib ki, Sumqayıt hadisələrinilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb: "İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədrbir görülməyib. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Məqsəd Sumqayıt hadisələri günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır".

R.Usubov qeyd edib ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimiayyətini aldatmaqdan əl çəkmirlər: "Hadisələrin əsl mahiyyətini gizlədərək, onu soyqırım kimi təqdim etməyə çalışırlar. Halbuki araşdırmalar göstərir ki, yüzlərlə erməninin hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub.

İş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni olmuş Eduard Qriqoryanın isə məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları çox çalışıblar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.

Ermənilər Sumqayıt hadisələrindən azərbaycanlılar haqda vəhşi obrazı yaratmaq üçün istifadə ediblər və indi də edirlər. Halbuki azərbaycanlılar tərəfindən Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər daha sonra dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər".

O, bildirib ki, istintaq materiallarına əsaəsən, Sumqayıt hadisələri zamanı 26 erməni ölüb, 6 azərbaycanlı ölüb: "Erməni milliyyətindən olan şəxs Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri qətlə yetirib. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, cəmi 26 erməninin öldürülməsi azərbaycanlıların erməniləri qorumalarını bir daha təsdiq edir. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin şəxslərin hamısının kimliyi haqda dəqiq materiallar var".

Kitabın müəllifi İbrahim Məmmədov qeyd edib: "Bütün fakt və sənədlərlə sübut edilib ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özü də ermənidir. Bunu hətta Qriqoryanın özü də etiraf edib. Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi-xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıqlar görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqı qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır. Kitab artıq rus dilinə tərcümə olunub və yaxın həftələrdə işıq üzü görəcək. Daha sonra kitab ingilis dilinə də tərcümə edilərək çap ediləcək.

Kitabın ərsəyə gəlməsində bütün bir neçə dövlət qurumu və hüquq-mühafizə orqanları səfərbər olunub".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm