Şəmkirdə iki avtomobil toqquşub: 4 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə iki avtomobil toqquşub: 4 ölü, 2 yaralı

Bakı - Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı - Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün günorta saatlarında yolun Şəmkir rayonundan keçən hissəsində iki avtomobil toqquşub. Samux rayonunun Qovlar Sarı kənd sakini 50 yaşlı Elçin Xəlilovun idarə etdiyi “QAZ 24” markalı avtomobillə, Şəmkirin Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “QAZ-24”-ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, “VAZ 21011” markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə keçiniblər. “QAZ 24”-ün sürücüsü, Elçin Xəlilov və “VAZ 21011”-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm