Polis Bakı metrosunda “şalvarsız”ları axtarır- FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Polis Bakı metrosunda “şalvarsız”ları axtarır- FOTOLAR

Polis Bakı metrosunda “şalvarsız”ları axtarır- FOTOLAR

Bir qrup gəncin martın 1-də “Bakı metropoliteni” QSC-nin “Gənclik”, “28 may”, “Sahil” stansiyalarında “Metroda şalvarsız bir gün” “flash-mob” keçirəcəkləri haqda xəbər vermişdik.

Bununla əlaqədar AzNews.az-ın əməkdaşı sözügedən metrostansiyalarda müşahidə aparır.

Müxbirimizin verdiyi məlumata görə, “Gənclik” və “Sahil” stansiyalarında fərqli olaraq, polis “28 may”ı ciddi nəzarətə götürüb.

“28 may” metrostansiyasının giriş-çıxışı, həmçinin stansiyanın daxilində Çevik Polis Alayının əməkdaşları qatarları ciddi şəkildə yoxlayır.

Polisin “28 may” stansiyasını ciddi nəzarət etməsi onu göstərir ki, “flash-mob”un bu stansiyada keçirilməsi ehtimalı daha çoxdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu gün metroda “Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə ciddi xəbərdarlıq edib. DİN rəsmisi bildirib ki, bu tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm