Qırmızı.az
ATU-dan yanğınla bağlı açıqlama
Bu gün saat 9.55 radələrində Azərbaycan Tibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib. Hadisə xarici tələblərin yaşadığı yataqxananın 404-cü otağında başlayıb. Hələlik yanğının səbəbi dəqiqləşdirilməyib.
Hadisənin elektrik xətlərində qısaqapanma nəticəsində yarandığı güman edilir. Bu barədə Publika.Az-a ATU-nin mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı otaqda heç kim olmayıb. Buna görə də hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Yalnız yataqxanada olan iki əcnəbi tələbə tüstüdən yüngül zəhərlənib. Halları pisləşən tələbələrə ilkin tibbi yardım göstəriləndən sonra onların vəziyyəti sabitləşib.
Yağın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov yanğın yerində olub, durumla tanış olub. Hadisənin səbəbləri araşdırılır.
Gülxar
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL