Qırmızı.az
Asan Xidmətdə işləmək istəyənlərə YAXŞI xəbər var
Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə, Masallı və Sabirabad "ASAN Xidmət" mərkəzlərində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan,
Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş
(kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170
santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali
təhsilli, kompyuterdən istifadə etməyi bacaran Azərbaycan
Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar mart ayının 1-dən 30-dək
şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan
17-dək (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla DİN-in
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edə
bilərlər.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO