İki illik sevgimiz - Publika.Az
Bizi izləyin

Qırmızı.az

İki illik sevgimiz - Publika.Az

İki illik sevgimiz - Publika.Az

Həftələri aylara düzüb, illərin axarı ilə gəlib bu gün iki yaşımızı qeyd etdik.

Bəli, iki yaş. İçərisində ipə-sapa düzülmüş acılı-şirinli günlər də öz yerində.

Bir də öz yerində iki ildir dayanmadan - Azərbaycan oxucusunu 24 saat fasiləsiz informasiyalarla təmin edən

Publika.az var.

Heç bir məslək bu qədər çətin deyil.

İnsan taleyindən tutmuş texnikanın inkişafına qədər, Azərbaycanın dövlət əhəmiyyətli məsələlərinin təbliğindən milli kimliyimizə qədər, bir sözlə, vacib, ehtiyacı olan hər nə varsa son detalına qədər süzgəcimizdən keçib işığa çıxır.

Bəzən, göz yaşlarının müşayiəti ilə itkilərimizi, bəzən isə sinəmizi qabardan qələbələrimizi Azərbaycana car çəkdik.

Bu 24 ay ərzində hədəfimiz üçün vacib olan yerin mühüm hissəsini qət edə bildik.

Statusundan, mövqeyindən aslı olmayaraq, hər kəsin oxumaq istədiyi, oxucu maraqlarına uyğun olan bütün xəbərləri təqdim etməklə də qalmadıq.

Oxucumuzun diqqəti və marağı sayəsində onlayn media sıralamasında liderlərdən birinə çevrildik.

İki il əvvəlin bu günü doğulan Publika.az-ın əkiz qardaşlarını da qeyd etmədən keçə bilmərik.

“Gündəlik Teleqraf” qəzetinin 2 yaşı tamam olur.

Eyni zamanda “Teleqraf.com" saytının da iki yaşıdır.

Biz bir ailəyik, hər ailə isə bir dövlətdir.

Dövlətimiz üçün, millətimiz üçün və bir də uğurlu gələcəkdən daha xoş xəbərləri çatdırmaq üçün sizinlə birgə, sonsuza qədər xidmət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm