Bakıda polisləri güllələyən şəxsin dükanını yandırdılar
Bizi izləyin

Qırmızı.az

Bakıda polisləri güllələyən şəxsin dükanını yandırdılar

Fevralın 23-də Sabunçuda ikisi polis olmaqla 4 nəfəri güllələyən Gülağa Lətifovun dükanı yandırılıb. AzNews.az-a daxil olan məlumata görə, hadisə bir saat öncə, Gülağanın qonşuları tərəfindən törədilib.

Əraziyə polislər və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Xatırladaq ki, Gülağa Lətifov mübahisə zəminində 4 qonşusunu güllələmişdi. Güllənənlər arasında Sabunçu Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəzərov və onun oğlu Suraxanı polisinin əməkdaşı Asif Nəzərov var idi. Hazırda onlar müalicə olunur.

Güllənənlərdən digər ikisi isə rəhmətə gedib.

Onu da qeyd edək ki, insidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub.

Hadisədə baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər.

Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşularına atəş açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm