Qohumlar arasında dava: bıçaqladı, özü də öldürüldü - SABİRABADDA
Bizi izləyin

Qırmızı.az

Qohumlar arasında dava: bıçaqladı, özü də öldürüldü - SABİRABADDA

Sabirabad şəhər sakini Şahin Hüseynov qohumu Rafiq Sultanovu öldürüb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə aprelin 17-də baş verib.

Sabirabad şəhərində şəhər sakini Rafiq Sultanov münaqişə zəminində qohumu Şahin Hüseynova bıçaqla xəsarət yetirib. Daha sonra Ş.Hüseynov ona küt alətlə xəsarət yetirib. Nəticədə R.Sultanov hadisə yerində ölüb, Ş.Hüseynov isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm