Qırmızı.az
Prezident nekroloq imzaladı
Azərbaycanın mədəniyyətinə ağır itki üz vermişdir.
Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ramiz
Aqil oğlu Mirişli 2015-ci il aprel ayının 17-də ömrünün 82-ci
ilində vəfat etmişdir.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan
olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra
1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində
oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə
ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan
Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli
1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim
işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük
redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin
1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və
rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar
İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx
əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi
Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən
ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru
olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik
və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların
formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və
xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən
lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini
öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara
müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün
konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri
orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir.
Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr
tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın
təzahürünü tapmışdır.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və
sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin
sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük
rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm,
təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən
başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların
repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun
hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər
doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin
xidmətləri layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti
sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri
ilə təltif edilmişdir.
Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu
Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Alışanov
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Oqtay Zülfüqarov
Azər Rzayev
Tofiq Bakıxanov
Musa Mirzəyev
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."