Həftənin ilk iş günü tıxaclarla başladı
Bizi izləyin

Qırmızı.az

Həftənin ilk iş günü tıxaclarla başladı

Həftənin ilk iş günü tıxaclarla başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti – kənar yoldan üzü şəhər istiqamətində tıxac var. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Digər tıxac olan yollara gəlincə, Bakı-Sumqayıt şosesi, Badamdar şosesi, M. Müşfiq küçəsi, H. Zərdabi prospekti üzü şəhər istiqamətində, İnşaatçılar prospektindən “Statistika dairəsi”nə doğru və Həsən Əliyev küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə tıxac olan yollara alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm