Bakıda iki qardaş bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda iki qardaş bıçaqlandı

Bakıda iki qardaşı bıçaqlayan 47 yaşlı keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Publika.az-a verilən məlumata görə, aprelin 18-də saat 00:30 radələrində Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Elnur Nəsirova və qardaşı Orxana bıçaq xəsarəti yetirilib.

Binəqədi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm