Güclü külək şimal bölgəsini işıqsız qoydu
Bizi izləyin

Qırmızı.az

Güclü külək şimal bölgəsini işıqsız qoydu

Bu gün səhər saatlarında ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli hava şəraiti şimal bölgəsində problemlərə səbəb olub.

Sakinlərin Publika.az-a verdiyi xəbərə görə, güclü şimal küləyi Quba,Qusar və Xaçmazda qaz və elektrikin verilişində problem yaradıb. Güclü külək bəzi ərazilərdə ağacların aşmasına səbəb olub. Quba-Qusar yolunda böyük bir ağac yola aşıb, müvafiq qurumlar tərəfindən yol təmizlənib.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov Publika.az-a şəhərin bəzi ərazilərində səhər saatlarında elektrik verilişində problem olduğunu təsdiqləyib:

“Səhər saat 06:00-da rayon mərkəzində güclü külək müşahidə edilib. Nəticədə, bəzi ərazilərdə elektrik verilişində problem yaranıb. Lakin problem qısa zamanda aradan qaldırılıb. Təbii qazın verilişində problem yaranması ilə bağlı məlumatımız yoxdur”.

Y.Abidov küləyin evlərə zərər vurması və digər fəsadları barədə onlara məlumat daxil olmadığını deyib:

Xaçmaz Rayon İcra Hakimiyyətindən isə küləyin fəsadları barədə onlara məlumat daxil olmadığını bildiriblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm