"Neftçi"nin futbolçusunu öldürən 5 erməni həbs edildi
Bizi izləyin

Qırmızı.az

"Neftçi"nin futbolçusunu öldürən 5 erməni həbs edildi

“Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən ermənilərin 5-i həbs edilib”.

Bu barədə Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlı iş adamı Şahin Şıxlinski AzNews.az-a bildirib.

Onun sözlərinə görə, hadisə aprelin 18-dən 19-na keçən gecə səhər saat 5-in yarısında Yekaterinburqun yaxınlığında azərbaycanlıların kafesində baş verib:

“6 nəfər erməni həmin restorana gəlib. Yeyib-içəndən sonra orada söz-söhbət yaranıb. Onlar Emil Hüseynovu bıcaqla vurduqdan sonra maşına oturaraq qaçıblar. Biz dünən bütün günü bu işlə məşğul olduq. Dövlət oqranlarını ayağa qaldırdıq. Hazırda həmin ermənilərin 5-i həbs olunub. Biri isə axtarışdadır. Söz veriblər ki, axtarışda olan şəxs bu gün həbs olunacaq”.

Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü Ş.Şıxlinski əlavə edib ki, hazırda mərhumun sənədləri hazırlanır: Bu axşam onun cənazəsi Yekaterinburq-Bakı reysilə Azərbaycana göndəriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm