Bakıda DƏHŞƏTLİ yanğın: tikili və 9 maşın kül oldu - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda DƏHŞƏTLİ yanğın: tikili və 9 maşın kül oldu - FOTO/VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən taxta konstruksiyalardan ibarət ümumi sahəsi 400 kv.m olan mebel sexi və sexin ərazisində “TELEKOM-PLUS” AzTelia şirkətinə məxsus 1 ədəd “CHEVROLET”, 1 ədəd “TOYOTA”, 2 ədəd “MİTSUBİSHİ” markalı minik və “ZİL” markalı yük avtomobili, 1 ədəd “FORD” markalı mikroavtobus, “ISUZU ” və “MAZ” markalı qaldırıcı kranlar, “FORD ” markalı minik avtomobilinin qabaq farası və qapısı qismən , “HYUNDAI ” markalı yük avtomobilinin bir tərəfi və arxa buferi yanıb. Yanğın zamanı yaxınlıqda olan ümumi sahəsi 50 kv.m olan yarımstansiyanın şiti və kabelləri yüksək temperaturdan əriyib. Yanğından yaxınlıqdakı 10 ədəd avtomobil mühafizə olunub.

Yanğın saat 17.02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarıtikilidə güclü yanğın olub.

Hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki 9 avtomobil yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınması üzrə işlər aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm