Gənclər İstanbulda “Xocalıya Ədalət” həftəsi keçiriblər-FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənclər İstanbulda “Xocalıya Ədalət” həftəsi keçiriblər-FOTOLAR

Gənclər İstanbulda “Xocalıya Ədalət” həftəsi keçiriblər-FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində “Xocalıya Ədalət” həftəsi keçirib.

Bu barədə məlumat verən “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı qeyd edib ki, Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş həftəlik çərçivəsində Eminönü Xalq Təhsil Mərkəzi, Bakırköy Yunus Əmrə Mədəniyyət Mərkəzi, Marmara və Üsküdar universitetlərində faciə və onun dəhşətlərindən bəhs edən konfrans və panellər baş tutub.

Həftəlik çərçivəsində baş tutan panel və konfranslarda İstanbul Türk Ocağı başqanı Cezmi Bayram, Gənclik Qolları başqanı Barış Onur Sarqın, kordinator Almıla Maraş, Anadolu Şəhid Ailələri Konfederasiyası başqanı Ziya Sözen, Türkiyəni və Azərbaycanı təmsil edən nüfuzlu elm adamları Nesrin Sarıahmetoğlu, Bekir Günay, Fatih Özbay, Gökmen Kılıçoğlu, Ramazan Erhan Güllü, Abdullah Kahraman, Ertan Efegil, Mesut Hakkı Çaşın, Vüqar İmamoğlu, Aygün Həsənoğlu, Əbülfəz Süleymanlı çıxış edərək, Xocalı soyqrımının bir insanlıq cinayəti olduğunu qeyd ediblər.

Fərid Şahbazlı qeyd edib ki, “Xocalıya Ədalət” həftəsində Türkiyədən olan ekspertlərlə yanaşı, millət vəkili Qənirə Paşayeva, Əməkdar artist Aybəniz Haşımova, Azərbaycanın İstanbuldakı konsulu Rəşad Eyvazov, huriyyet.az informasiya portalının baş redaktoru Rövşən Tağıyev, İGİB fəalları Hacıbəy Heydərli, Aynişan Quliyeva, Cavid Süleymanov, Zemfira Əliyeva, Zeynalabdin Bağırzadə və digərləri iştirak edib. Çıxış edən qonaqlar Xocalı soyqrımının Azərbaycan xalqının qəlbində buraxdığı dərin yaralaran söz açaraq, bu qətliama siyasi və hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.

Həftəlik boyu təşkil olunan bütün konfans və panellərdə Xocalıda və Qarabağda şəhid olmuş insanların ruhu hörmətlə anılıb, Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Baş tutan panellərdə ümumilikdə iki minədək gənc iştirak edib.

//Editor.az

1098074_10152247077168896_845194161_n

1959444_526596250791490_1115021294_n

1978877_526594107458371_1901520295_n

75989_527591204025328_1303816813_n

IMG_2957

ferdd

IMG_2954

11

1688468_526599250791190_1625366836_n

1723405_526600214124427_1465578201_n

1782039_474798069287077_335558024_n

1926919_526597014124747_2024296621_n

1965078_526601434124305_684226431_n

400662_10203375949069661_586153194_n

1796416_527585410692574_1106151524_n

1653787_10203375894548298_1002314712_n

1891138_526596317458150_350134237_n

Oxumağa davam et
Reklam
Reklam

Gündəm