Korrupsiya ilə bağlı dövlət qurumlarından daxil olan işlər - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Korrupsiya ilə bağlı dövlət qurumlarından daxil olan işlər - SİYAHI

Bu ilin ilk üç ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Maliyyə Nazirliyi tərəfindən 3, Səhiyyə Nazirliyindən 2, məhkəmələrdən 20, TQDK-dan 1, prokurorluq orqanlarından və Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, özəl qurumlardan isə 15 material daxil olub. Bu materiallarla bağlı cinayət işinin açılması təmin edilib

Publika.az xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Hesabat dövründə Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub.

K,Əliyevin sözlərinə görə, onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi halarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub.

Bu il korrupsiya cinayətləri ən çox özəl sektorda qeydə alınıb.

I rüb ərzində məhkəməyə göndərilmiş 39 cinayət işindən 2-si bələdiyyələr, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 3-ü bank sektoru, 1-si səfərbərlik xidməti, 2-si kənd təsərrüfatı, 14-ü özəl sektor, digərləri isə sosial sahələrlə bağlı olub.

Bu ay məhkəmələrə göndərilmiş 2 cinayət işindən biri isə bank sektoru ilə əlaqəli olub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm