Aynur Camalqızı: “Media olaraq öz öhdəliklərimizi yerinə yetirəcəyik”
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Media olaraq öz öhdəliklərimizi yerinə yetirəcəyik”

Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız" mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə ölkənin aparıcı qeyri-hökumət təşkilatları və media orqanları “Bakı-2015: I Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətinin Koalisiyasında birləşdiyini bəyan edib. Ölkənin aparıcı media orqanlarından biri olaraq “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı da çıxış edərək koalisiyanın təşkilini müsbət dəyərləndirib:

“Biz media orqanı kimi I Avropa Oyunlarının işıqlandırılması üçün bütün gücümüzü səfərbər etmişik. Bundan sonra da əlimizdən gələni edəcəyik. Təəssüflər olsun ki, bəzi insanlarımız yalnız bu günlə yaşıyır, Avropa Oyunlarının gələcəkdə Azərbaycana verəcəyi xeyiri indidən görə bilmir. Avropa Oyunları ölkəmizin inkişafına xüsusi töhfə verəcək. Biz də öz növbəmizdə əlimizdən gələni etməli, mədəniyyətimizi, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirməliyik.

Bir daha qeyd edim ki, media olaraq öz öhdəliklərimizi layiqincə yerinə yetirəcəyik. Çünki bu beynəlxaq tədbirdə əldə edəcəyimiz hər bir uğur şəxs olaraq bizim yox, bütünlükdə Azərbaycanın adına yazılacaq. Bu da düşmənə - Ermənistana və dünyadakı erməni lobbisinə qarşı informasiya müstəvisində apara biləcəyimiz layiqli mübarizədir. Yekun olaraq yaradılan koalisiyaya qoşulduğumuzu və öz öhdəliyimizi yerinə yetirəcəyimizi bildirmək istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm