Kamal Abdullanın yerinə millət vəkili rektor gəlir
Bizi izləyin

Qırmızı.az

Kamal Abdullanın yerinə millət vəkili rektor gəlir

Kamal Abdullanın yerinə millət vəkili rektor gəlir

“Kamal Abdullanın yerinə təyin ediləcək rektor universitetin prorektorlarından biri olacaq”.

Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Slavyan Universitetinin adının açıqlanmasını istəməyən müəllimlərindən biri bildirdi. Onun sözlərinə görə, hazırda 3 prorektor arasında seçim edilir:

“Rektor vəzifəsinə gətirilməsi gözlənilənlərdən biri Elmi işlər üzrə prorektor Seyfəl Həsənov, digər namizəd isə Tədris işləri üzrə prorektor Asif Hacıyevdir. Ancaq daha çox rektor təyin edilməsi gözlənilən namizəd Sahibə Qafarovadır. Beynəlxalq əlaqələr üzrə prorektor olan Sahibə xanım millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olduğu üçün onun rektor təyin edilməsi daha real görünür”.

Müəllimlər Kamal Abdullanın yerinə kənar şəxsin təyin edilmə ehtimalı olduğunu da deyir. Narahatlığa səbəb olan məsələlərdən biri də məhz budur. İllərdir Kamal müəllimlə işləyən insanlarla yanaşı, onun sayəsində universitetdə çalışan gənc kadrlar da narahatlıq keçirir:

“Hələ ki, bu 3 namizəd barədə danışılır. Müəllimlər də narazılıq etmir. Hamı xüsusilə Sahibə Qafarovanın rektor təyin edilməsini istəyir. Ancaq deyirlər ki, kənardan kimsə universitetə rəhbər gətirilə bilər. Bizi ən çox narahat edən də kənardan rektor gətiriləcəyi ilə bağlı xəbərlərdir. İllərdir işlədiyimiz sistemin dağılmasından necə narahat olmayaq?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm