Ermənilərin saytlara hücumları artıb
Bizi izləyin

Qırmızı.az

Ermənilərin saytlara hücumları artıb

Qondarma erməni soyqrımı ilə əlaqədar olaraq Azərbaycanda bəzi provayderlərə və saytlara kiber hücumlarda bir qədər artım olub.

Bu barədə Publika.az-a Elektron Təhlükəsizlik Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, əvvəldən bütün sayt və provayderlərə hücum olacağı ilə bağlı xəbərdarlıq edilib, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün tövsiyələr verilib:

“Gözlənildiyi kimi, aprelin 23-dən bəzi saytlara erməni hakerləri tərəfindən hücumlarda artım qeydə alınıb. Elektron Təhlükəsizlik Mərkəzi olaraq bizə müraciət edən bütün saytlara müvafiq köməklik göstərilib. Ötən gün bəzi xəbər saytlarına da hücumlar olub, lakin onlar tərəfindən mərkəzə birbaşa müraciət edilməyib. Ayrı-ayrı özəl şirkətlər və provayderlər isə hücumla bağlı müraciət edib və onlara da lazımi köməklik edilib”.

Məlumatda həmçinin bildirilib ki, bu gün də saytlara hücumlar davam edir. Lakin Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən aparılan maarifləndirmə tədbirlərindən əvvəlki illərlə müqayisədə bu il veb resurslarımız daha yaxşı qorunur.

Qeyd edək ki, aprelin 23-24-də Azərbaycanın, o cümlədən Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumların həyata keçiriləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm