Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 aprel 2015-ci il tarixində Daşkəsən şəhərində, Dövlət Arxivi İdarəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Publika.az xəbər verir ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) 28 aprel 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm