Bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankı oldu
Bizi izləyin

Qırmızı.az

Bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankı oldu

Azərbaycan internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2014-cü ilin fevral ayının yekunlarını açıqlayıb.

Şirkətdən Publika.Az-a verilən xəbərə görə, ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib.

Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 160-dan çox xəbər saytında dərc edilmiş məqalənin analizinə əsasən müəyyən edilib.

Fevralda bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.

Bu ay mobil operatorlardan Azercell, sığorta şirkətlərindən isə “AzSığorta” birincidirlər. Universitetlər siyahısına isə 50 faizlə Bakı Dövlət Universiteti (BDU) başçılıq edir.

Online mediada haqqında ən çox danışılan alış-veriş mərkəzi yenə də Park Bulvardır.

Qeyd edək ki, elan edilən bu statistik məlumatlar sistemimizə inteqrasiya edilmiş xəbər saytlarının məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm