Qırmızı.az
Sürücülərə ŞAD xəbər - artıq icazəlidir
Mayın 1-dən pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır. Sürücülərə pərdə və plyonkadan istifadəyə icazə veriləcək.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, qərar mayın 1-dən noyabrın 15-dək qüvvədə olacaq.
İdarədən bildirilib ki, minik avtomobillərinin şüşələrinin
tündləşdirilməsi “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası
Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini
məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və
ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin
istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən
edilib.
Bu Qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət
standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə
hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin
AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü
üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda
göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə
sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə
normallaşdırılmır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı
Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı
göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa
şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə
hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin
işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və
plyonkaların) çəkilməsi qadağandır.
Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
Kustar üsulla hazırlanan pərdələrin, plyonkaların vurulması qadağandır və buna görə 150 manat cərimə nəzərdə tutulur.
Gülxar
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO