Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxaçaq.

Gündüz hava əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava gündüz əksər rayonlarda əsasən yağmrsuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək .

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm