Qırmızı.az
Millət vəkili köçkün türkmənlərlə görüşüb

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb.
Publika.az-ın məlumatına görə, görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi İraqda türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi,çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsindən danışıb.
O,Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb. Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.
“…İraq, özəlliklə, İraqlı soydaşlarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir.”
İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında geniş çıxış edərək, çağırış səsləndirdiyini deyən Q.Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb.
Millət vəkili bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. O, diaspor təşkilatlarımızın da İraq türkmənlərinin səsini beynəlxalq ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb və getdiyi hər ölkədə diaspor təmsilçiləri ilə bu məsələni də geniş müzakirə etdiyini və çağırış səsləndirdiyini deyib. Millət vəkili həmçinin İraq türkmanlarının qadın təşkitatları ilə də görüşüb və geniş fikir mübadiləsi aparıb.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır