Qırmızı.az
Fətullah Gülənin Azərbaycandakı adamı danışdı
“Bu, tamamilə yalan xəbərdir və uydurmadan başqa bir şey deyil. Bununla bağlı sizə vəkilim vasitəsilə yazılı açıqlama yollayacağam”.
Bu sözləri “Axar.az”a açıqlamasında Çağ Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərən dedi və bildirdi ki, onun yazdığı iddia edilən məktubla bağlı prokurorluğa müraciət edəcək:
“Haqqımda saxta sənəd düzəldildiyinə görə prokurorluğa müraciət edəcəyəm. Bu sənədi sizə kim yollayıbsa, onları müəyyən etmək artıq prokurorluğun işidir”.
Çağ Öyrətim İşlətmələrinin rəhbəri bildirdi ki, Azərbaycanı Türkiyədə gedən proseslərə qatmaq istəyənlər var və Azərbaycan diqqətli olmalıdır:
“Fətullah Gülən xoca əfəndinin təhsilə qiymət verən, dünyanın 160 ölkəsindən çoxunda təhsil müəssisələri olan bir insan olmasını hər kəs bilir. 160 ölkədə fəaliyyət göstərən bu təhsil müəssisələrinin bütün fəaliyyəti həmin dövlətlərin məlumatları əsasında gerçəkləşir. Hər kəs tərəfindən tanınan şəxsiyyətdir. Fətullah Gülən xoca əfəndinin adını qaralamağa çalışanlar var. Bunlar Türkiyədə gedən proseslərdə də özünü göstərir. Azərbaycan və Türkiyə arasındakı qardaşlığı pozmaq, Azərbaycanı Türkiyədə gedən olayların içərisinə çəkmək istəyirlər. Bu baxımdan Azərbaycan diqqətli olmalıdır. Türkiyə öz daxilində bu məsələni hüquqi müstəvidə həll edəcək”.
“Axar.az”a danışan Ənvər Özərən Fətullah Gülənlə əlaqələrinin hansı formada olmasından da bəhs etdi:
“Fətullah Gülən xoca əfəndi ilə o cür telefon danışıqları və yazışmalar heç bir zaman olmayıb. Bizim o cür danışıqlarımızın və məktublaşmalarımızın olmasını iddia edənlər şər atırlar. Fətullah Gülən xoca Azərbaycanla bağlı hər zaman müsbət şeylər düşünən, onun dərdinə yanan insandır. 20 Yanvar hadisələri zamanı bunu dünyaya eşitdirən insan da Fətullah Gülən olub. İddia edilənlərin hamısı yalandan ibarətdir”.
Xatırladaq ki, bu gün “Axar.az” olaraq Çağ Öyrətim İşlətmələrinin rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən və ciddi rezonans doğuran məktubunu yayımlamışıq.
-
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?