Qırmızı.az
Fransa – Azərbaycan biznes əlaqələrinə həsr edilmiş II TEAS Paris Biznes Forumu keçiriləcək

Mayın 13-də Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə iki ölkə arasında biznes şəbəkə münasibətlərinin gücləndirilməsi məqsədilə TEAS Biznes Forumları silsiləsindən ikinci TEAS Paris Biznes Forumu keçiriləcək.
Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, forum Fransa iqtisadiyyatını beynəlxalq səviyyədə təşviq edən dövlət agentliyi olan “Biznes Fransa” ilə əməkdaşlıq çərçivəsində və Bas Rin əyələtinin senatoru Andre Reşar və Fransa Parlamentində Fransa-Qafqaz Dostluq qrupunun prezidenti senator Natali Qulenin dəstəyi ilə həyata keçirilir.
Forumun gündəliyinə aşağıdakı məsələlər daxildir: Azərbaycanda investisiya imkanları, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, neft-kimya, əczaçılıq və ərzaq emalı da daxil olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft, qaz və bərpa edilən enerji də daxil olmaqla enerji sahəsində əməkdaşlıq.
Tədbirdə Azərbaycanda iqtisadi və kommersiya əməkdaşlığı ilə bağlı imkan və risklərin təhlili, Azərbaycanda investisiya mühiti və imkanları haqqında son məlumatların verilməsi, iqtisadi və sənaye sahəsində potensial əməkdaşlıq sahələrinin genişləndirilməsi, Azərbaycan və Avropa ölkələri arasındaki iqtisadi əməkdaşlığın güclənməsinə kömək edə biləcək layihələrə dair müzakirələrin aparılması, daxili və xarici investisiya səviyyəsinin artımına yönəlmiş ən yaxşı təcrübə ilə bağlı informasiya mübadiləsinin aparılması, karbohidrogen resurslarından asılılığı azaldan, gələcək iqtisadi və sənayenin inkişafı üçün, xüsusilə də özəl sektorda strateji sahələrin müəyyənləşdirilməsi ilə Azərbaycanda iqtisadiyyatını şaxələndirilməsindən irəli gələn imkanların təqdim edilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.
Fransa-Azərbaycan Biznes Forumunda diplomatlar, siyasətçilər, bankirlər, jurnalistlər, ictimai və özəl sektordan olan Fransa və Azərbaycan mütəxəssislərinin iştirak edəcəyi gözlənilir.
Gülnar Əliyeva

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı