Təhsil naziri telefonoqram imzalayıb
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri telefonoqram imzalayıb

Mayın 9-da Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək.

Publika.az-ın məlumatına görə, bununla əlaqədar təhsil naziri Mikayıl Cabbarov nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqram imzalayıb

Telefonoqramda qeyd olunur ki, mayın 9-da faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçiriləcək.

Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm