Qırmızı.az
Abdullah Gül Heydər Əliyev Mərkəzində - FOTO
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.
Abdullah Gül, həmçinin ölkəmizin tarixini və mədəni irsini əks etdirən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıb, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında olub.
Türkiyənin sabiq Prezidenti Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına layiq Mərkəzi ziyarət etməkdən məmnunluq duyuram. Mərkəzdə yer alan sərgilərdə Azərbaycan mədəniyyətinin, tarixinin və xüsusilə də Heydər Əliyevin Azərbaycana göstərdiyi çox dəyərli xidmətlərin ən gözəl şəkildə əks etdirildiyini məmnuniyyətlə müşahidə etdim. Bu sərgilərdə, eyni zamanda, ortaq mədəniyyətimizə və tariximizə, qardaşlıq bağlarımıza aid izlər də tapdım”, - deyə Abdullah Gül qeyd edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!