Nazirlik çaylardakı son vəziyyəti açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik çaylardakı son vəziyyəti açıqladı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Publika.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 493 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 475 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 41, Şirvanda 32, Salyanda 27, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm, Şirvanda 289 sm, Salyanda 220 sm, Bankədə 203 sm, Araz çayının Novruzlu məntəqəsində isə 110 sm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm