Qırmızı.az
Zakir Həsənov: “Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur”
Mayın 2-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov 9 may faşizm üzərində Qələbənin
70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi
iştirakçılarının bir qrupu ilə görüşüb.
Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, müdafiə naziri görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək dəyərləndirib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin bu bayrama xüsusi önəm verməsi, həmin ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.
"Bu il yubiley tədbirlərində, Moskva şəhərində keçiriləcək hərbi paradda Silahlı Qüvvələrimizin hərbi qulluqçularından ibarət bölmə də iştirak edərək bayrağımızı uca tutacaqdır. Eyni zamanda biz bununla bütün dünyaya göstərəcəyik ki, ağır müharibə illərində Siz veteranların əldə etdiyi qələbə Azərbaycan üçün nə qədər əziz və vacibdir. Təəssüflər olsun ki, bu bayram ərəfəsində bizim üzüntümüz də var. Qədim və əzəli Azərbaycan torpaqları hələ də işğal altındadır. Ancaq Siz veteranlar və bütün xalqımız əmin olmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığını yüksəltmək məqsədilə hərbi poliqonlarda təlimlər keçirməklə öz peşəkarlıq səviyyəsini artırır. Cəbhədəki son vəziyyət bir daha onu göstərir ki, Silahlı Qüvvələrimiz düşməni nəzarətdə saxlamaqla, ona sarsıdıcı zərbələr endirməklə təşəbbüsə tam yiyələnib. Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur. Xəstəliklərin sayının artması, fərarilik hallarının çoxalması, nizam-intizamsızlıq, özbaşınalıq - budur onların ordusundakı real vəziyyət. Erməni tərəfi məcbur olub səngərlərə mülki əhalini, dinc sakinləri, müxtəlif ölkələrdən muzdluları cəlb edir.
Erməni tərəfi hətta son zamanlar faşist ideologiyasına pərəstiş
edən, qəddarlıqda heç də onlardan geri qalmayan daşnakları təbliğ
etməklə Ermənistan dövlətinin hansı siyasi kursa üstünlük verməsini
açıq-aydın nümayiş etdirir. Ancaq bu üsulların heç biri onlara
kömək olmayacaq.
Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad olunmasına
hazırdır. Bu məsələdə Sizin də rolunuz böyükdür və önəmlidir. Yaxşı
bilirsiniz ki, hər döyüş texnikasının idarə edilməsində, onun dəqiq
və sərrast istifadəsində, qələbənin təmin olunmasında insan
faktorunun əhəmiyyəti danılmazdır. Məhz bu səbəbdən indiki
gənclərin ruh yüksəkliyinin artırılmasında, qələbə əzminin
aşılanmasında, düşməni məhv etməyə, ehtiyac olarsa canından belə
keçməyə hazır olmalarında Siz veteranların təcrübəsi, biliyi və
bacarığı bizə bir örnəkdir və nümunədir", - deyə müdafiə naziri
qeyd edib.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor
Dadaş Rzayev və digər qonaqlar dəyirmi masa arxasında ümummilli
lider Heydər Əliyevin ideyalarına, dövlətə, ölkə Prezidentinə, Ali
Baş Komandana həmişə sadiq olan bütün müharibələrin veteranlarının
müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında
xidmətlərindən bəhs edərək tarixi qələbənin 70-ci ildönümü ilə
əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət
aparıblar.
Görüşdə veteranlar adından Müdafiə nazirinə "Veteranların
qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim
olunub.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib və görüş iştirakçıları xatirə şəkili çəkdiriblər.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO