Qırmızı.az
Azay Quliyev Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının direktoru ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru Villi Fetr ilə görüşüb.
Şuranın mətbuat xidmətindən Publika .az-a verilən məlumata görə,
görüşdə insan hüquqları sahəsində böyük təcrübəyə malik olan
BSİHT-nin direktoru Şuranın maliyyə dəstəyi ilə həyata keçirdikləri
"Azərbaycanda birgə yaşayış: etnik fərqliliyin idarə edilməsi və
tolerantlıq mədəniyyəti" layihəsinin icra vəziyyəti haqqında
məlumat verib. V.Fetr martın 6-dək Azərbaycanın rus, polyak, avar,
tatar, ləzgi, talış, erməni, ukraynalı, bolqar, kürd, yunan, kazak
və ahıska türkləri icmalarının nümayəndələri ilə görüş
keçirəcəklərini bildirib.
Qonaq səfərin nəticəsi olaraq hazırlayacaqları hesabatın sentyabrda
Avropa Parlamentinin yeni seçilmiş üzvlərinə, oktyabrda isə
Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna
(DTİHB) təqdim olunacağını qeyd edib.
Azərbaycanın etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq
bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatı məsələsini
daim diqqətdə saxladığını bildirən Şura sədri ölkəmizdə yüzillərdən
bəri mövcud olan multikulturalizm mühiti haqqında danışıb və
demokratikləşmə istiqamətində həyata keçirilən işlərlə bağlı
qonaqlara məlumat verib. A.Quliyev saylarından asılı olmayaraq
əksər etnik qrupların Azərbaycan parlamentində təmsil edildiyini və
onların vətəndaş hüquqlarından tam şəkildə istifadə etdiklərini
vurğulayıb.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...