Qırmızı.az
Xarkovda azərbaycanlı tələbə özünü yataqxananın 15-ci mərtəbəsindən atıb
Ukraynanın Xarkov şəhərində azərbaycanlı tələbə yaşadığı yataqxananın 15-ci mərtəbəsindən özünü atıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə
1-ci katibi Asim Osmanov açıqlamasında bildirib ki, özünü 15-ci
mərtəbədən atan şəxs Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan,
Xarkovdakı Ukrayna Milli Mülki Müdafiə Universitetinin II kurs
tələbəsi Eldarlı Arif Elşən oğludur.
Hadisənin fevralın 28-də axşam saatlarında baş verdiyini deyən A.
Osmanov bildirib ki, hələlik hadisənin intihar, yaxud digər motivli
hadisə olduğu araşdırılır: “Deyilənə görə, həmin vaxt o müxtəlif
millətlərdən olan tələbə yoldaşları ilə bir yerdə olub. Biz müvafiq
yerli orqanlara sorğu göndərmişik, araşdırma aparılır. Hadisənin
səbəbi tezliklə aydınlaşdırılıb bizə bildiriləcək”.
Diplomat onu da əlavə edib ki, tələbənin nəşi bu gün Bakıya
çatdırılaraq ailəsinə verilib. /anspress/
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi