Orta ixtisas təhsili üçün müsabiqə şərtləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Orta ixtisas təhsili üçün müsabiqə şərtləri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 3-cü sayını nəşr edib.

Publika.az-ın məlumatına görə, jurnalda 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu qaydaları və qəbul elanı çap olunub. Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyentlər üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı TQDK-nın binası (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m) qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm