Şəmkirə yeni polis rəisi təyin olundu
Bizi izləyin

Qırmızı.az

Şəmkirə yeni polis rəisi təyin olundu

Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.

Cəmil Əmirov bundan əvvəl Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

Faktı DİN-in mətbuat xidməti də təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm