Yağış, şimşək... – TEMPERATUR ENƏCƏK
Bizi izləyin

Qırmızı.az

Yağış, şimşək... – TEMPERATUR ENƏCƏK

Sabah ölkədə yağış yağacağı, temperaturun bir neçə dərəcə enəcəyi gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.


Havanın temperaturunun gecə 8-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında da mayın 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm