Müəllim işləmək istəyənlər üçün ərizə qəbulunun vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Müəllim işləmək istəyənlər üçün ərizə qəbulunun vaxtı açıqlandı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə bağlı qaydaları açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil edib və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan veriləcək.

Qərara əsasən iyulun 1-dən15-dək isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu keçiriləcək.

Yerli təhsili idarəetmə orqanları daxil olmuş müraciətlər əsasında mayın 1-dən 1—dək ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini nəzərə almaqla müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini təşkil edəcək.

May ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə (forma əlavə olunur) elektron proqram təminatına daxil ediləcək.

Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək müəyyənləşdirilmiş formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm