Yeni “qaz müharibələri” başlanır – Azərbaycan oyunun şərtlərini dəyişir
Bizi izləyin

Qırmızı.az

Yeni “qaz müharibələri” başlanır – Azərbaycan oyunun şərtlərini dəyişir

“Avropada “Qazprom” erası başa çatır və qarşıdakı yaxın dönəmdə qitə Rusiya qazından qurtula bilər”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazıb.

Nəşr Avropanın bu yolda Azərbaycana böyük ümidlər bəslədiyini qeyd edir: “İran qazı da Avropa bazarına çıxarıla bilər və bu Xəzər sahillərindən gələn ümumi xətlərlə mümkündür. Halbuki, indiyə qədər Avropada əsas inhisar “Qazprom”a aid idi. Onun bazardan çıxarılması qərarı on illərlə ərzində baş verənlərdən irəli gəlir. 2006-2009-cu illərin “qaz müharibələri”ni heç kim unutmayıb. Rusiya öz “qiymət siyasəti” ilə Avropanı çökdürmək istəyirdi. 2006-ci il böhranı həll olunsa da, 2009-cu ildə Avropa qışı daha pis keçirdi. Məhz həmin vaxtdan sonra Rusiyadan qurtulmaq haqda qəti qərar verildi”.

Məqalədə qeyd olunur ki, “Qazprom”dan qurtulmaq qərarı verilsə də, hazırda Şərqi Avropa ölkələrinin bir çoxu Rusiya qazından asılı olaraq qalır.

“Estoniya, Latviya, Finlandiya və Bolqarıstan Rusiya qazından 100 faiz asılıdır. Avropa Birliyinin 13 ölkəsi Ukrayna vasitəsilə Rusiya qazını alır. “Cənub axını” ləğv olunsa da, Moskva “Türk axını” layihəsini gerçəkləşdirmək üçün Türkiyəyə təzyiq edir. Bu layihə Türkiyə vasitəsilə Azərbaycan qazını Avropaya çıxaracaq TANAP-a, ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinə alternativ olaraq ortaya atılıb. Rusiya eyni zamanda, Yunanıstan və Macarıstanla danışıqlara girərək oyunu pozmaq istəyir. Göründüyü kimi, “Qazprom” Avropa bazarında Azərbaycan, İran və Amerikanı özünə rəqib görür və bütün vasitələrlə öz payını güzəştə getmək istəmir. Bu isə yeni “qaz müharibələri”nin başlayacağını istisna etmir”, - deyə məqalədə vurğulanır.

Nəşr Avropa Birliyi və ABŞ-a Azərbaycan kimi etibarlı tərəfdaş ölkələri qorumağa çağırır: “Moskvanın siyasəti əvvəlkindən daha sərt formaya keçir. Gözlənilən yeni “qaz müharibələri”ndə bu daha kəskin hal alacaq. Qərb buna qarşı düşünməlidir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm