Sabahdan yağışlar kəsəcək
Bizi izləyin

Qırmızı.az

Sabahdan yağışlar kəsəcək

Sabahdan yağışlar tədricən kəsəcək.

Azərbaycanda yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, mayın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq, yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm