Qırmızı.az
Heydər Əliyev zirvəsinə yürüşlər təşkil edildi
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir. Bu günlərdə Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları “Heydər zirvəsi”nə qalxıblar.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən
illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və
bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına
çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının
rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.
Ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik,
müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük
Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz
səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə
qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin
zirvəyə yürüş edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.
Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."