İtalyan musiqiçi Xocalı soyqırımına aid şeir yazdı
Bizi izləyin

Qırmızı.az

İtalyan musiqiçi Xocalı soyqırımına aid şeir yazdı

İtalyan musiqiçi Xocalı soyqırımına aid şeir yazdı

Modern.az xəbər verir ki, İtaliyada Cüzeppe Verdi adına Milan Konservatoriyasının professoru, maestro, şair David Qualtieri Xocalı soyqırımına şeir həsr edib və ona musiqi bəstələyərək şeiri səsləndirib. İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası isə David Qualtierinin səsləndirdiyi bu parçadan videoçarx hazırlayıb. D.Qualtieri bu şeirdə həm Xocalıda qətliamı törədənləri, həm də bu cinayətləri görüb susanları qatil adlandırır.

Milanda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirdə videoçarx iştirakçılara nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla, alqışlarla qarşılanıb.Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Milan bələdiyyəsinin Palazzo Marino konfrans salonunda təşkil edilmiş Xocalı soyqırımının anım gecəsində çıxış edənlər də bu qətliamın dünya tərəfindən tanınmasını, qəbul olunmasını və cinayəti törədənlərin cəzalandırılmasını tələb ediblər. Gecədə Xocalı faciəsi, Qarabağ həqiqətləri şeir, musiqi və rəqs nümunələri ilə tamaşaçılara çatdırılıb.

Tədbirdə İtaliyadakı Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Milan bələdiyyəsinin təmsilçiləri, bu ölkədə təhsil alan tələbə və gənclər, həmçinin Bakıdan qonaqlar – Fikrət Qoca, Rəşad Məcid və başqaları iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm